mobil versiya

Azərbaycanda vəzifəli şəxs cərimələnib





Azərbaycanda bələdiyyə sədri cərimələnib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 26-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Qobu bələdiyyəsinin sədri A.Nəcəfov barəsində inzibati protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
SON XƏBƏR / KARUSEL
Tarix: 27-04-2022, 13:12