mobil versiya

Nikol Paşinyan Niderlandda təhqir olundu




Niderlandın Assen şəhərinin erməni icmasının nümayəndələri Ermənistanın bu ölkəyə rəsmi səfərə gələn Baş naziri Nikol Paşinyanı təhqir ediblər.

REPORTYOR.AZ “Report”a istinadən xəbər verir ki, icma fəalları avtomobilindən düşən Baş naziri “Satqın Nikol”, “qatil”, “mülkədar” kimi və başqa təhqiramiz şüarlarla qarşılayıblar.

Təhqirlərin sayı o qədər çox olub ki, videogörüntülərdə Paşinyan əleyhinə səslənidirilən bəzi təhqirlərə görə səs kəsilib.

Qeyd edək ki, Paşinyan Niderlandda 2 günlük rəsmi səfərdədir.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 11-05-2022, 11:11