mobil versiya

Pakistan gözəli faciəvi şəkildə öldü - VİDEO



2012-ci ildə Pakistan gözəli seçilmiş model Zanib Navid yol qəzasında dünyasını dəyişib.

BAKU.WS 5-TV-yə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Merilənd ştatında baş verib. Qəza zamanı 32 yaşlı model "Mercedes" markalı avtomobili ilə sürətlə hərəkət edərkən idarəetməni itirib. Nəticədə Zanib Navid hadisə yerində ölüb.
Qəza barədə məlumat alan modelin həyat yoldaşı Ali-Haydar Şah sosial şəbəkədə paylaşım edib. O, həyat yoldaşının ölümündən pərişan olduğunu bildirib.

“Ürəyim parçalanıb. Artıq səni görə bilməyəcəyəm,sevgilim. Sən məni bu dünyada necə tənha qoya bilərsən? Nə səbəbə Allah məni yox, səni apardı?”, - deyə Haydar Şah bildirib.

Qeyd edək ki, Zanib 2012-ci ildə Pakistan gözəli seçildikdən sonra "Yer kürəsi gözəli", "Kainat gözəli", "Dünya gözəli" müsabiqələrində iştirak edib.



SON XƏBƏR / KARUSEL
Baxılıb: 63 Tarix: 6-12-2019, 13:05


Şərh bildir
yenilə, əgər kod görünmürsə