mobil versiya

Aydın Bəşirov dəfn edilib - FOTO



Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov dəfn edilib.

REPORTYOR.AZ “Report”a istinadən xəbər verir ki, mərhum bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları iştirak ediblər.

Qeyd edək ki, Türkiyədə vəfat edən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun cənazəsi bu gün Azərbaycana gətirilib.

Xatırladaq ki, A.Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. Azərbaycan Prezidentinin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. O, 2013-cü ilin oktyabrın 22-dək bu vəzifədə işləyib.









SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 30-12-2019, 13:15