mobil versiya

Rusiyada polis karantin qaydalarını pozan gənci belə cəzalandırdı - VİDEO




Rusiya paytaxtında karantin qaydalarını pozan gəncə qarşı səlahiyyətlərindən sui-istifadə edən polis əməkdaşı barəsində cinayət işi açılıb.

“BAZA” “Telegram” kanalının məlumatına görə, baş verənlər hadisə şahidi tərəfindən qeydə alınıb.



Artıq zərərçəkən də tapılıb. Məlum olub ki, polis onu evində deyil, dükanda spirtli içki qəbul etdiyi üçün vurub.

Gənci döyən DİN əməkdaşı Qriqori Timçenko isə deyilənləri təkzib edir. Onun sözlərinə görə, gənci döyməyib, sadəcə, uğursuz şəkildə itələyib.

SON XƏBƏR / DÜNYA
Tarix: 23-04-2020, 14:23