mobil versiya

Operativ Qərargah mediada gedən bütün fikirləri nəzərə alır - Baş infeksionist




"Karantin rejiminə ediləcək yumşalmalar koronavirusa yoluxan xəstələrin sayından asılıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib. 

Baş infeksionist bildirib ki, may 13-nə olan məlumata görə, virusa yoluxan xəstələrin sayında enmə müşahidə olunub:

"Dünənki məlumata görə, xəstələrin sayı xeyli aşağı düşüb. Əgər vəziyyət belə davam edərsə, yəqin ki, Orepativ qərargah bunu təhlil edib yumsalma ilə bağlı növbəti qərar verər. Vəziyyət təhlil olunmalıdır. Mətbuatda gedən bütün fikirləri qərargah nəzərə alır. Amma bu fikirlər mütləq əsaslandırılmalıdır. Yoxsa səhvə yol verə bilərik”.


SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 14-05-2020, 11:30