mobil versiya

Universitetlər təhsil haqlarını və ödənişli fakultələrin sayını azaldacaqmı? – AKTUAL




Dünyada baş verən və mövcudluğu ilə ölkəmizdən də yan keçməyən Koronavirus (COVİD-19) pandemiyası demək olar ki, bütün sahələrə təsirindən yan keçmədi və bunun nəticəsində əziyyət çəkən insanlara dəstəyin göstərilməsi bir başa ölkə başçısının diqqətində saxlanıldı.
Bu məqsədlə dövlət büdcəsindən dəyən zərərin ödənilməsi istiqamətində milyonlarla manat vəsiat sərf olunur. Hazırda da koronavirus infeksiyası ilə bağlı sərt şərtlər çərçivəsində bu mübarizə davam etdirilir.

Bəs görəsən respublikanın ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin illik təhsil haqqlarında hansı gözəştlər nəzərdə tutulur və niyə bu günə qədər güzəştlər edilmir? Eyni zamanda 2020-2021-ci il tədris ilində ali təhsil müəssilərinin ödənişli təhsil kvotalarında və ödənişlərdə hər hansı güzəştlərin tətbiq olunması ilə bağlı ictimaiyyətə heç bir açıqlama verilmir? Yoxsa koronavirus pandemiyasının dünya, o cümlədən ölkə iqtisadiyyatına vurduğu zərərlərin aidiyyatı üzrə qarşılanmasına ali təhsil müəssisələri öz töhfəsini vermək, bu istiqamətdə dəstək vermədən zərərsiz çıxmaq istəyir?

NOCOMMENT.az olaraq bu məsələ ilə bağlı minlərlə işsiz qalmış, ailə büdcəsinə mənfi təsir etmiş pandemiyadan əziyyət çəkən insanların suallarını aidiyyatı dövlət orqanlarının diqqətinə çatdırmaq istədik.

Hazırda ödənişli təhsil alan dövlət ali təhsil müəssisələrində mart ayından dərslərin dayandırılmasına baxmayaraq illik ödənişlərdə hər hansı bir güzəştlərin edilməsi ilə bağlı addım atılmayıb. Belə ki, dərslər canlı deyil, onlayın keçirildiyi halda ali təhsil müəssisələri tərəfindən xərclənən vəsaitlərin, amortizasiya xərclərinin dəfələrlə az olduğuna baxmayaraq təhsil haqqını da nisbətdə azaltmalı idilər. Lakin, hələ də universitetlər və aidiyyatı üzrə dövlət qurumları bu məsələdə susurlar.



Digər bir məsələ isə 2020-2021-ci tədris ilində universitetlərə dövlət sifarişli ümumi kvota sayı saxlanılmaqla ödənişli fakultələrin sayının ötən illərə nisbətən azaldılması, daha çox ödənişsiz fakultələrə üstünlük verilməsi və illik ödəniş məbləğlərinin azaldılmasıdır.

Qeyd olunan məsələlərin tənzimlənməsi və hökumət qarşısında qaldırılması isə İqtisadiyyat nazirliyiNazirlər Kabinetinin üzərinə düşür. Belə ki, İqtisadiyyatƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkənin müvafiq sahələrinə və mütəxəssislərinə yaranan tələbatı dəyərləndirir və buna uyğun olaraq rəy verir. Maliyyə Nazirliyi isə ali təhsil müəssisələrinin daxili xidmət nizamnamələri üzərindən təqdim etdiyi xərclər əsasında təhsil haqlarını müəyyən edir. Bütün bunlardan sonra sözügedən aidiyyatı dövlət orqanları hökumətə bu məsələni təqdim edir və Nazirlər Kabineti də qərarını verir.



Konstitusiyanın əsasında insan amilinin olduğu və xüsusən mövcud pandemiya dönəmində insanların sosial rifahının ölkə başçısı İlham Əliyevin daim diqqət mərkəzində olmasına baxmayaraq dövlət ali təhsil müəssisələri tələbələrin mövcud illik ödəmələri və yeni 2020-2021-ci il ali təhsil müəssisələrinin illik ödəniş haqlarında güzəştlərin edilməsi ilə bağlı susur.

Mövzunu diqqətdə saxlayacaq və ali təhsil müəssisələrinin mövcud “Ali təhsil müəssisələrinin maliyyələşdirilməsi” haqqında qaydalara nə dərəcədə icra olunmaslna uyğun olaraq illik ödənişlərinin hansı mexanizm əsasında müəyyən etdiklərini, bunun nə qədər real və obyektiv dəyərləndirdiyini diqqətə çatdıracayıq.

SON XƏBƏR / KARUSEL
Tarix: 5-06-2020, 13:54