mobil versiya

Azərbaycanda pandemiya BU AYDA BİTƏCƏK - Azərbaycanlı Professor AÇIQLADI



Xəbər verdiyimiz kimi, Dicle Universitetinin Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Bölümü professoru Recep Tekin maskaları 2022-ci ilin ilk aylarına qədər istifadə etməyə davam edəcəyimizi deyib. Professor bildirib ki, peyvəndlə yanaşı, maskalar da yoluxma sayını nəzarətdə saxlamağa kömək edən effektiv vasitələrdir.

Həmçinin bildirək ki, dünyanın bir neçə ölkəsində virusla bağlı sərtləşdirmə tədbirlərinin olması deyilir. Azərbaycanda yoluxma dinamikasını nəzərə alsaq, koronavirusun nə vaxt bitəcəyi diqqət mərkəzindədir.

Bununla bağlı Sonxeber.az-a azərbaycanlı professor Adil Qeybulla danışıb. O, virusun bitəcəyi tarixi açıqlayıb:

"Karantin koronavirus tədbirləri tətbiq edilən müddətdə davam edəcək. Yaxud da pandemiyanın sonu elan olunandan sonra buna ehtiyac qalmayacaq. Hamılıqla olmasa da, payız aylarınadək maskalardan istifadə etməyimiz məsləhətlidir. Məsələn, soyuqdəyməsi, xroniki xəstəliyi olanların masklardan istifadə etməsi yaxşı olardı. Mən hesab edirəm ki, pandemiya yay aylarınadək yekunlaşmalıdır. Bu tarix iyun ayında bitə bilər, yəni pandemiyanın sonu olacaq".

SON XƏBƏR / KARUSEL
Tarix: 1-03-2021, 12:50