mobil versiya

Azərbaycanlı şagird Beynəxalq Olimpiadada medal qazandı - FOTO



7-14 iyul tarixlərində İzrailin Telaviv şəhərində 50-ci Beynəxalq Fizika Olimpiadası keçirilib.

Lent.az Təhsil Nazirliyinə istinadən xəbər verir Olimpiadaya 80 ölkədən təxminən 400 şagird qatılıb.


Azərbaycanlı məktəblilər də olimpiadada uğurla iştirak ediblər.

Cəlilabad şəhəri Nizami adına 1 nömrəli məktəb liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb.

SOSİAL
Tarix: 15-07-2019, 18:37