ÜST-dən SOS - Bu xəstələrin sayı 2050-ci ildə 139 milyona çatacaq
Ümumdünya Səhiyyə Təşkilatı dünya miqayasında 55 milyondan artıq altsheymer xəstəsi olduğunu və bu sayın 2030-cu ildə 78 milyona, 2050- ci ildə isə 139 milyona çatacağını bildirib.
"Medicina.az xəbər verir ki, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus altsheymer xəstələrinin sayının 30 ildən sonra üç dəfə artacağının gözlənildiyini və demans riskini azaltmaq üçün daha artıq çaba sərf edilməli olacağını vurğulayıb:
"Demans milyonlarla insanın xatirələrini, müstəqilliyini və etibarını əlindən alır. Eyni zamanda tanıdığımız və sevdiyimiz insanları bizdən oğurlayır. Dünya demensiyadan əziyyət çəkən insanları bədbəxt edir və bu, hamımızı məyus edir”.
Beynəlxalq Altsheymer Xəstəlikləri Agentliyinin (ADI) və Qlobal Yaşlanma Koalisiyasının (GCOA) məlumatına görə, 2050-ci ilə qədər əhalinin qocalması nəticəsində demensiyaya məruz qalanların təxminən 70 faizi inkişaf etməkdə olan ölkələrdə olacaq.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi son hesabda bildirilir ki, yaddaş itkisi, demans (demans) və beyin hüceyrələrinin zamanla ölməsi nəticəsində idrak funksiyalarının ümumi azalması ilə artan bir xəstəlik olan altsheymer xəstəliyindən hər il dünyada minlərlə insan ölür və altsheymer dünyada ölüm səbəbi olaraq 7-ci yerdə qərarlaşıb.
ÜST-nın hesabatında həmçinin qeyd olunur ki, dünya miqyasında sözügedən xəstəliyə ən çox aşağı və orta gəlirli ölkələrdə yoluxma qeydə alınıb. Altsheymerdən qaynaqlanan insan ölümləri isə daha çox Amerika və Avropada baş verir.
Beləki ABŞ Xəstəlik Kontrol və Qorunma Mərkəzinin hesabatına görə, təkcə bu il 6,2 milyon amerikalı yaddaş pozuntusundan əzikyyət çəkir və əksəriyyəti ölümlə nəticələnir. Hesabatda həmçinin qeyd olunur ki, bu xəstəlikdən baş verən ölümlərin 65 faizi qadınların payına düşür.
MANŞET / MARAQLI / GÜNDƏM
Tarix: 21-09-2022, 11:10