mobil versiya

“Pandemiyanın başa çatması göz önündədir”



Ötən həftə dünyada COVID-19 səbəbindən ölüm hallarının sayı 2020-ci il mart ayından bəri minimal səviyyəyə düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə çərşənbə günü keçirilən brifinqdə bildirib.

“Ötən həftə dünyada COVID-19 səbəbindən təsdiqlənmiş ölüm hallarının sayı 2020-ci il mart ayından bəri ən aşağı səviyyədə olub”, - deyə ÜST başçısı qeyd edib.

“Pandemiyanın başa çatması ilə bağlı biz heç vaxt daha yaxşı nəticəyə nail olmamışıq. Lakin pandemiyanın başa çatması göz önündədir”, - deyə Tedros Qebreyesus vurğulayıb.

GÜNDƏM
Tarix: 15-09-2022, 10:00