Bakı-Moskva təyyarəsi Volqoqradda təcili eniş edib

Qroznıdan Moskvaya uçan ikinci təyyarə isə hidravlik mayenin düşməsi ilə əlaqədar Moskva vaxtı ilə 01:18-də Volqoqrad aeroportuna təcili eniş istəyib.
Volqoqradda təcili eniş edən digər təyyarə isə Bakı-Moskva reysi ilə hərəkət edirdi. Buna səbəb təyyarədə 60 yaşlı qadının özünü pis hiss etməsi olub. O, xəstəxanaya yerləşdirilib.
"Qroznı-Vnukovo və Bakı-Moskva reysləri üzrə uçan təyyarələr hələ də Volqoqraddadır, hazırda onların yola düşməsi gözlənilir. Krasnoyarsk-Simferopol marşrutu üzrə uçan təyyarə isə artıq təyinat yerinə göndərilib", - deyə Volqoqrad hava limanında bildirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan APA-ya verilən məlumata görə, sözügedən Bakı-Moskva aviareysi Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsusdur: "Təyyarənin Volqoqraddan Moskvaya nə vaxt uçacağı hələ məlum deyil". /APA/
DÜNYA / HADİSƏ / CƏMİYYƏT
Tarix: 31-08-2019, 09:27