mobil versiya

Azərbaycan Premyer Liqasında ilk turun ən yaxşı oyunçusunun adı açıqlanıb


Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün I turunun ən yaxşı futbolçusu və rəmzi komandası açıqlanıb.APA-nın məlumatına görə, “InStat”ın təhlilinə əsasən “Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimli turun oyunçusu seçilib.
Onun göstəricisi 312-yə bərabər olub. Gənc oyunçu “Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olub və matçda yeganə qolu vurub. 
I turun rəmzi komandası isə aşağıdakı kimidir:
Qapıçı: Mehdi Cənnətov-256 (“Sumqayıt”)
Müdafiəçilər: Faysal Rerras-269 (“Qarabağ”), Eriko Da Silva-271 (“Səbail”), Elvin Bədəlov-271 (“Sumqayıt”), Abbas Hüseynov-251 (“Qarabağ”)
Yarımmüdafiəçilər: İsmayıl İbrahimli-312 (“Qarabağ”), Fəhmin Muradbəyli-299 (“Səbail”), Soni Mustivar-303 (“Neftçi), Sərtan Taşqın-280 (“Sumqayıt”)
Hücumçular: Maqaye Qeye-229 (“Qarabağ”), Mehdi Şərifi-283 (“Sumqayıt”)
Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksini göstərir. 
/APA/






İDMAN
Tarix: 26-08-2019, 14:13