Azərbaycan millisi Ukrayna və İsraillə oynayacaq
17 yaşadək futbolçulardan Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək. APA-nın məlumatına görə, millimiz Ukraynanın paytaxtı Kiyevdə Viktor Bannikov xatirəsinə həsr olunan yarışa qatılacaq.Komandamız avqustun 24-dən 31-dək keçiriləcək turnirdə Ukrayna, Latviya və İsrail komandaları birgə A qrupunda mübarizə aparacaq. Yığmamız hazırlıq məqsədilə avqustun 20-dən 24-dək Bakıda təlim-məşq toplanışında olacaq.
26 avqust, saat 17:00
Azərbaycan – İsrail
27 avqust, saat: 17:00
Ukrayna – Azərbaycan
29 avqust, saat 17:00
Latviya – Azərbaycan
30 avqust, saat 15:00 və ya 17:00
A1-B1 / A2-B2 / A3-B3 / A4-B4
| 1 | Elgün Bayramov | Neftçi |
| 2 | Eldar Tağızadə | Fundacion Marcet (İspaniya) |
| 3 | Amin Ramazanov | Lokomotiv (Moskva, Rusiya) |
| 4 | Rəşad Həsənov | Keşlə |
| 5 | Cəlal Hüseynov | Zirə |
| 6 | Raqib Abışov | Sabah |
| 7 | Samir Həsənov | Rubin (Kazan, Rusiya) |
| 8 | Nikita Pesotski | Çertanovo (Moskva, Rusiya) |
| 9 | Ülvi Mədətov | Qəbələ |
| 10 | Zöhrab Əsədov | Qarabağ |
| 11 | Mirəli Əhmədov | Neftçi |
| 12 | Nihad Cəfərov | Neftçi |
| 13 | Elnur Mirzəyev | Zirə |
| 14 | Rauf Rüstəmli | Qəbələ |
| 15 | Əbil Əbilov | Keşlə |
| 16 | Vüsal Qəmbərov | Sabah |
| 17 | Musa Musazadə | Qarabağ |
| 18 | Arif Məmmədov | Səbail |
| 19 | Vüsal Əliyev | Zirə |
| 20 | Kamal Kazımov | Keşlə |
| 21 | Nicat Quliyev | Səbail |
| 22 | Nurəli Nurəliyev | Zirə |
| 23 | Mirmövsüm Canıyev | Qarabağ |
| 24 | Vaqif Həsənov | Keşlə |
İDMAN
Tarix: 20-08-2019, 11:56



























