Bəzi rayonlarda 2 gün qaz olmayacaq

Bu barədə Hurriyyet.org "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu müddət ərzində Ağsu, Kürdəmir, İsmayıllı və Göyçay rayonlarının bir neçə qəsəbə və kəndində qaz təchizatı dayandırılıb. Bundan başqa saat 10:00-dan 18:00-dək Qazax rayonunun mərkəzində də qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Bu zaman kəsiyində qaz xətlərində aşkarlanmış qaz sızmalarının ləğvi, korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri icra olunacaq.
SOSİAL
Tarix: 6-08-2019, 12:05