Şənbə və bazar günləri hava necə olacaq?

Bu həftənin şənbə və bazar günləri, yəni avqustun 1-i və 2-si Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə ediləcək. Havanın maksimal temperaturunun 31-36 dərəcə isti olacağı gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir.
Havanın maksimal temperaturu Aran rayonlarında 34-39, dağlıq ərazilərdə 23-28 dərəcə isti olacaq. (Azərtac)
Reportyor.az
KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 17:57


























