mobil versiya

İsti hava şəraiti avqustun ortalarınadək davam edəcək



Ölkə ərazisində isti hava şəraiti avqustun ortalarınadək davam edəcək.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40°, bəzi yerlərdə 41-42°, bölgələrdə 37-41°, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44°, dağlıq ərazilərdə isə 29-34°-dək isti olacağı gözlənilir.

KARUSEL / ÖLKƏ
Tarix: 9-08-2023, 13:34