Səfir: Onilliklər ərzində Latviya ilə Azərbaycan arasında hər zaman fəal dialoq, Strateji Tərəfdaşlıq Sazişi olub

Latviyanın azadlığının və müstəqilliyinin 107-ci ildönümünü münasibətilə bu ölkənin Azərbaycandakı Səfirliyi rəsmi qəbul keçirib.
Səfir Edqars Skuya ölkəsinin keçdiyi şəfərli tarixindən söz açıb: "Hamımız bilirik ki, azadlıq qurbansız əldə olunmur. Ona görə də bu gün biz ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini yad edirik. Amma bu gün həm də gələcəyə baxdığımız bir gündür. Hətta – baxmayaraq ki, tariximiz bizə ehtiyatlı olmağı söyləyirsə belə, biz ölkəmizin təhlükəsizliyinə və müdafiəsinə inamla baxırıq. Çünki bilirik ki, biz tək deyilik. Bizim müttəfiqlərimiz və tərəfdaşlarımız var - yaxın və uzaq.
Amma biz onu da bilirik ki, hazırda Avropa tarixində çətin dövrlərdir. Ukrayna əlamətdar qəhrəmanlıq və şücaət nümayiş etdirdi. Latviya Rusiyanın təcavüzünün ilk günündən Ukraynaya hərtərəfli siyasi, hərbi, maliyyə və humanitar yardım göstərib. Ukrayna ədalətli və davamlı sülhə layiqdir".
Regional kontekstdə Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə edilmiş irəliləyişi yüksək qiymətləndirdiklərini qeyd edən səfir deyib ki, bu, həqiqətən də diqqətəlayiqdir: "Cənubi Qafqazda sülh əlaqələr, gələcək iqtisadi artım və rifah üçün qapılar açacaq və biz regionda sabitliyin təmin edilməsində Azərbaycanın strateji rolunu yüksək qiymətləndiririk. Latviya Avropa İttifaqına üzv ölkə kimi sülh prosesinin təşviqi və əlaqələrimizin möhkəmləndirilməsi üçün hər cür lazımi dəstəyi verməyə hazırdır".

Latviya və Azərbaycan arasında münasibətlərə toxunan diplomat deyib ki, bu ilin oktyabr ayında Bakıda LEF Network Azerbaijan adlı layihə çərçivəsində Azərbaycan və Latviya, Estoniya və Finlandiya arasında beynəlxalq ticarətin inkişafının 3 illik aktiv dövrünü başa çatdırmaq üçün Mərkəzi Baltik-Azərbaycan Biznes Forumu və Qala Tədbiri keçirilib. Layihə çox uğurla başa çatıb və gələcəkdə şirkətlərarası əməkdaşlığın genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, təcrübə mübadiləsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılması barədə fikirlər səsləndirilib. Bu layihə, Aİ-nin təqdim etdiyi “İnterreg” proqramı və Azərbaycanda əsas tərəfdaşın - Caspian Energy Club-un işə cəlb olunması sayəsində mümkün olub.
Onilliklər ərzində Latviya ilə Azərbaycan arasında hər zaman fəal dialoq, o cümlədən Strateji Tərəfdaşlıq Sazişi olub: "Bizim müntəzəm olaraq yüksək səviyyəli siyasi görüşlərimiz, xüsusi ilə də Parlamentlərarası dostluq qrupları, dövlət və özəl sektorlar arasında sıx əməkdaşlıq və hökumətlərarası komissiyanın işi ilə bağlı fəal əməkdaşlığımız, hökumət və özəl sektorlar arasında sıx əlaqələrimiz var. Əməkdaşlığın perspektiv sahələrindən biri kənd təsərrüfatı sektoru, yaşıl texnologiyalar və üzvi əkinçilikdir".
Səfir foyedəki Latviya rəssamı İeva Krumiņanın sərgisinə toxunaraq deyib ki, rəssam öz illüstrasiyalarında Latviya və Azərbaycan milli ornamentləri arasında çoxlu oxşarlıqlar olduğunu aşkar edib.

Azərbaycan hökuməti adından latviya xalqını bayram münasibətilə təbrike dən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov 30 ildən artıqdır ki, qurulan Azərbaycan və Latviya arasındakı münasibətlər qarşılıqlı hörmət və tərəfdaşlığa əsaslandığını qeyd edib. Azərbaycan ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir və əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük potensialın olduğuna inanır.
Qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanı imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə bu istiqamətdə atılacaq addımlar üçün hüquqi əsas yaradır. Bu Bəyannaməyə əsaslanan praktik fəaliyyətimiz strateji tərəfdaşlığımızın qurulmasına və daha da möhkəmləndirilməsinə töhfə verəcək.
"Bu günə qədər ölkələrimiz arasında 47 sənəd imzalanıb. Hazırda altı layihə sənədi nəzərdən keçirilir. Bu sənədlərin yaxın gələcəkdə imzalanması ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açacaq".
Hökumətlərarası Komissiya müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın qurulması və inkişaf etdirilməsi üçün fəaliyyət göstərir. Komissiya ümumilikdə səkkiz iclas keçirib ki, onlardan ən sonuncusu 2022-ci ildə Riqada baş tutub. Komissiyanın müntəzəm iclasları və işinin nəticəyönümlü təşkili, eləcə də Komissiya tərəfindən müəyyən edilmiş birgə fəaliyyətlərin çevik və səmərəli şəkildə həyata keçirilməsi münasibətlərimizin səmərəliliyinin daha da artırılmasına xidmət edəcək.
"Hər iki ölkəmiz nüfuzlu mövqeləri və beynəlxalq təşkilatlar çərçivəsində səmərəli fəaliyyəti ilə seçilir. Bu baxımdan, ölkələrimiz arasında qarşılıqlı dəstək mövcud münasibətlərimizin qorunması üçün vacib şərtdir. Parlamentlərimiz arasında əlaqələr də inkişaf edir. Hər iki ölkənin parlamentlərində yaradılmış dostluq qrupları əməkdaşlığımızın möhkəmlənməsinə və müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafına töhfə verir".Azərbaycan və Latviya qədim tarixə və zəngin mədəniyyətlərə malik ölkələrdir. Bundan əlavə, hər iki ölkə gözəl memarlıq üslublarına, inkişaf etmiş nəqliyyat infrastrukturuna və füsunkar təbii mənzərələrə malik şəhərlərə ev sahibliyi edir. Bu üstünlüklər turizm potensialımızı daha da artırır və bu sahədə əməkdaşlığın dərinləşməsini vacib edir.
Həmçinin ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasına xüsusi diqqət yetirməliyik. Azərbaycan və Latviya əlverişli investisiya mühiti yaradıblar. Mövcud potensialımızı nəzərə alaraq, ticarət dövriyyəsinin artırılması üçün birgə səylərimizi gücləndirmək əzmindəyik.

Ölkələrimizdəki əlverişli investisiya mühiti sahibkarlarımız arasında əməkdaşlıq imkanlarını genişləndirir. Azərbaycanın Orta Dəhliz kimi əsas nəqliyyat infrastruktur layihələri Şərq və Qərb arasında mühüm ticarət platformasının yaradılmasına töhfə verir. Əminəm ki, ölkələrimiz daha səmərəli ticarət əlaqələrinin qurulmasında bu layihələrdən faydalanacaqlar.
Bundan əlavə, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini böyük əhəmiyyət kəsb etdiyini düşünürük. Qabaqcıl texnologiyaların ötürülməsi, insan kapitalının gücləndirilməsi və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsi əməkdaşlığımızın əsasını təşkil edə bilər.








Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 21-11-2025, 11:49



























