mobil versiya

Kəlbəcərdə Qarabağ və Kəlbəcər xalçaçılıq məktəbinin nadir nümunələri təqdim edilib



Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir.

Tədbir çərçivəsində Kəlbəcərin mərkəzi meydanında müxtəlif səpkili sərgilər təşkil olunub. 

Azərbaycan Milli Xalça Muzeyinin “Yaddaş” adlı sərgisində muzeyin kolleksiyasından Qarabağ və Kəlbəcər xalçaçılıq məktəbinin nadir nümunələri təqdim edilib. Sərgi, xüsusilə, köçəri həyat sürən, heyvandarlıqla məşğul olan əhalinin məişətini əks etdirən alaçıq interyerini canlandırır. 

Nümayiş olunan eksponatlar bölgənin qədim etnoqrafik xüsusiyyətlərini və mədəni kodunu diqqətə çatdırır.



Reportyor.az



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 14:37