mobil versiya

Sumqayıtda 29 yaşlı gənci qətlə yetirənin kimliyi məlum olub



Ötən gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin Fərrux Qayıbov küçəsində 1990-cı il təvəllüdlü Eldarov Şəhriyar Azad oğlunun bıçaqlanaraq öldürülməsində şübhəli bilinən şəxs müəyyənləşdirilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Mətləb Qədirov tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.//APA
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 26-09-2019, 22:13