mobil versiya

Bakıda avtomobil piyadanı vuraraq öldürüb - VİDEO



Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Reportyor.az "report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Heydər Əliyev prospektində qeydə alınıb.

Rəcəb Musa oğlu Rəhimov idarə etdiyi "Mercedes Vita" markalı, "99-MH-889" dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Pünhan Məmmədovun idarə etdiyi "Tofaş" markalı, "90-HX-930-dövlət nömrə nişanlı avtomobildən düşərək yolu keçmək istəyən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir - red) vurub.

Piyada aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Hazırda DYP əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.


KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 5-10-2019, 11:13