mobil versiya

Suriya ordusunun açdığı atəş nəticəsində iki türk əsgəri şəhid olub



Suriya ordusunun açdığı atəş nəticəsində iki türk əsgəri Mənbic bölgəsində həyatını itirib. 

BAKU.WS
RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Buna cavab olaraq biz güclü atəş açdıq və məcbur etdik ki, bunun əvəzini tam ödəyək", - deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, kürdlərin hücumu zamanı daha iki türk əsgərin öldüyü məlum olmuşdu.

Xatırladaq ki, Mənbic Suriyanın şimalında yerləşən Hələb əyalətindəki böyük bir şəhərdir. Son vaxtlara qədər Amerika əsgərləri şəhərdə patrul xidmətini təşkil edir və kürdlərə nəzarətdə saxlayırdı. Hazırda Suriya hökumət qüvvələri oraya daxil olub və Rusiya hərbi polisi patrul xidmətini nəzarətə götürüb.
KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 16-10-2019, 16:30