mobil versiya

"Qarabağ"ın futbolçusu Belçika klubuna keçə bilər



Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Elvin Cəfərquliyev karyerasını Belçikada davam etdirə bilər.
“Anderlext” 23 yaşlı cinah müdafiəçisi ilə maraqlanır.
Klubun idman direktoru Jesper Fredberq "köhlən atlar"ın Belçikada "Gent"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa skaut göndərəcək.
Cəfərquliyevi yaxından görmək baxımından bu matçın Brüssel təmsilçisi üçün ideal fürsət olduğu vurğulanıb.
Qeyd edək ki, bu gün "Gelamko Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüşdə "köhlən atlar" 1:0 hesabı ilə qalib gəlib.(Report)

KARUSEL / İDMAN
Tarix: 23-02-2023, 11:55