mobil versiya

“Gent”in kapitanı “Qarabağ”la oyunları buraxa bilər



Belçikanın “Gent” klubunun futbolçusu Vadis Ocica-Ofoe UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la oyunları buraxa bilər.

Buna səbəb 34 yaşlı kapitanın zədələnməsidir.
Ölkə çempionatının XX turunda “Kortriyk”lə matçın (2:1) 16-cı dəqiqəsində zədələnərək əvəzlənən Belçika millisinin sabiq yarımmüdafiəçisi dizindən əməliyyat olunub. Vadisin yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmasa da, onun sağalma prosesinin bir neçə ay çəkməsi gözlənilir.
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında oyunlar fevralın 16-da və 23-də keçiriləcək.

KARUSEL / İDMAN
Tarix: 17-01-2023, 16:29