Bu ölkədə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək
Bu ilin payızından İsveçdə bir sıra müəssisələr altı ay müddətinə dördgünlük iş həftəsi və ya əmək haqqının saxlanması yolu ilə qısaldılmış iş günü tətbiq edəcəklər.
Təklif “4 Day Week Global” qeyri-kommersiya təşkilatının nümayəndəsi Anna-Karin Alder tərəfindən irəli sürülüb.
“Hesab edirəm ki, iş həyatında həm işləyə, həm də yaxşı istirahət edə bilməyimiz üçün daha çox vaxt ayrılmalıdır. Bu gün xəstələrin sayının artması bir çox hallarda işdə həddindən artıq yorulmaqla əlaqələndirilir”, - o deyib.
Prosesə Stokholm İqtisadiyyat Məktəbinin tədqiqatçısı və Karlstad Universitetinin müəllimi Lena Lid Falkmanın rəhbərlik etdiyi tədqiqat qrupu nəzarət edəcək. Tədqiqatın nəticələri “4 Day Week Global” təşkilatının Kembric Universiteti və Boston Kolleci ilə birlikdə apardığı qlobal araşdırmaya daxil ediləcək.
Məsələ siyasi mübahisələrə səbəb olub və nəticədə Sosial Demokratlar tərəfindən iş vaxtının azaldılması ilə bağlı təkliflər verəcək işçi qrupu yaradılıb. Bir neçə həmkarlar ittifaqı yeni qanunvericiliyi alqışlasalar da, İsveçin biznes və sənaye sahəsinin nümayəndələri bunun “İsveç iqtisadiyyatı üçün dağıdıcı” olacağını bildiriblər.
KARUSEL / DÜNYA

Tarix: 3-05-2024, 09:02