ZORAKILIQ ancaq ZORAKALIQ yaradacaq
Bəşər övladı əsrlər boyu özünü aldada-aldada məhvə dorğu gedir. İntibah dövründə insan şüuruna, düşüncəsinə, intellektinə böyük inam yaranmışdı. İntibah dövründə insan dini dünyagörüşü, mistik inancları bir kənara itələdi, Qaliley, Nyuton kəşflərindən ilham alaraq, nəhayət ki, elmin, rasional biliyin insanı düz yola çıxardığı bəyan edildi. Hesab edilirdi ki, tədricən təbiətin sirlərini kəf edən, elmi ixtirala imza atan insan, daha vəhşi təbiətindən uzaqlaşacaq, fəzilətli olacaq. Həmçinin, siyasi dünyagörüşün inkişaf etməsi, mütləq kral hakmiyyətinin məhdudlaşdırılması, burujaziyanın medyana gəlməsi keçmişdəki 100 illik müharibələrin, təriqət savaşlarının arxada qalacağına inam yaratmışdı. Lakin, artıq 17-ci əsrdə məlum oldu ki, insan texnoloji inkişafdan bir-birini daha çox qırmaq üçün yararlanır, avropalılar Amerika qitəsində yerli əhalini qırıb-çatdılar, Hindistan əsarətə alndı, Afrika köləliyə salındı, Çin belə ilhaq edildi. Daha sonra Napoleon müharibələri başladı, bunun ardından Birinci Dünya Müharibəsi göstərdi ki, insan zahirən dəyişib, hələ də onu vəhşi hisslər idarə edir. İkinci Dünya müharibəsində 50 milyondan çox insan həlak oldu, ilk dəfə insanların kütləvi qətliamı üçün fabriklər, müəssisələr yaradıldı. Canlı insan üzərində təcürbələr aparıldı. Nüvə silahı yaradıldı və tətbiq olundu. Vyetnam müharibəsi kimyəvi silahdan istifadə edərək insanların həşarat kimi necə öldürüldüyünü göstərdi. ABŞ-ın İraqa hücumu isə ilk canlı yayımda baş verən müharibə oldu. Gün keçdikcə və günümüzdə baş verən müharibə cinayətlərini gördükcə Freydə haqq verirsən, insan hələdə milyon illərlə mağarada yaşadığı vaxtlardan formalaşmış şüuraltı ilə idarə olunur. İnsan yenə rəhmsiz vəhşi heyvandır. Artıq müharibələrdə uşaqların ölməsinə belə laqeyd yanaşma müşahidə olunur. Artıq faciələr adiləşib. Dünyada yenə sadə insanların küçələrə çıxıb "Sülh" -deyə hayqırmasına ehtiyac var. İnsanlar küçələrə çıxıb "Müharibəyə son!" deməlidirlər. Hərbi güc tətbiqi ilə bağlı yeni qaydalar, beynəlxalq normalar işlənməlidir. Düşünürəm ki, tezliklər yeni qlobal bir antimüharibə hərakatı başlayacaq. İnsan öz əməllərinə baxmalı və öldürməkdən çəkinməlidir, ZORAKILIQ ancaq ZORAKALIQ yaradacaq.
Zaur İbrahimli
KARUSEL / CƏMİYYƏT / YAZARLAR
Tarix: 12-10-2023, 12:50