mobil versiya

Azərbaycan nefti bahalaşıb



Martın 23-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,4 dollar bahalaşaraq 78,76 dollar olub.
Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,4 dollar bahalaşaraq 76,03 dollar olub.
Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,52 dollar bahalaşaraq 42,21 dollar olub.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti martın 23-də 0,52 dollar bahalaşaraq 75,88 dollar olub.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 24-03-2023, 10:21