mobil versiya

Azərbaycan nefti ucuzlaşıb



Fevralın 1-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,12 dollar ucuzlaşaraq 86,41 dollar olub.
Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,03 dollar ucuzlaşaraq 84,52 dollar olub.
Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,12 dollar ucuzlaşaraq 46,21 dollar olub.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti fevralın 1-də 1,24 dollar ucuzlaşaraq 82,98 dollar olub.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-02-2023, 10:03