mobil versiya

Qaraciyər sağlamlığı üçün məsləhətlər




Yağlı qaraciyər – qaraciyər hüceyrələrində həddindən artıq yağ yığılması ilə xarakterizə olunan bir vəziyyətdir. Qaraciyərinizdə yağlanma problemi varsa, kalori qəbulunu məhdudlaşdırmaq və tədricən çəki itirmək qaraciyərdəki yağ miqdarını azaltmağa və ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edə bilər

•    Ağ çörək, makaron və şəkərli qidalardan uzaq durun, tam buğda çörəyi, yulaf, qəhvəyi düyü, bulqur, lobya və mərci kimi mürəkkəb karbohidratlara üstünlük verin.
•    Qırmızı ət, işlənmiş qidalar, marqarin və qızartmalardan çəkinin. Avokado, zeytun yağı, çərəzlər, toxumlar və yağlı balıqlar kimi tərkibində doymamış və omeqa-3 yağ turşuları olan qidaları seçin.
•    Yağsız toyuq, balıq, yumurta, paxlalılar, az yağlı süd məhsulları və tofu kimi sağlam zülal mənbələrini, bol miqdarda meyvə-tərəvəzi rasionunuza daxil edin.

Qaraciyər yağlanmasının qarşısının alınmasında fiziki aktivlik olduqca önəmlidir.
AQTA-nın mövzu ilə bağlı hazırlanan videoçarxı təqdim edirik:

Reportyor.az






SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 17:27