mobil versiya

Paytaxtda oğurluqlar edən şəxslər saxlanılıb



Bakının Xətai, Nərimanov və Səbail rayonlarında talama cinayətləri qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Naməlum şəxslər ayrı-ayrı vətəndaşlara məxsus mobil telefon, motosiklet, eləcə də marketlərin birindən 2 min 400 manat dəyərində lotereya biletləri oğurlayıblar.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməllərini törətməkdə şübhəli bilinən 33 yaşlı İ. Alxasov, əvvəllər məhkum olunmuşlar - 37 yaşlı R. Piriyev və 32 yaşlı T. Maksimov saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.

Reportyor.az 
KARUSEL / HADİSƏ
Tarix: 29-08-2025, 12:23