mobil versiya

İsraildə xarici telekanalların bağlanılması qaydaları təsdiqlənib


İsrailin Təhlükəsizlik Kabineti fəaliyyətləri ilə milli təhlükəsizliyə zərər vuran xarici xəbər telekanallarını bağlamağa imkan verən qaydaları təsdiqləyib.
“The Jerusalem Post” qəzeti xəbər verir ki, qərar İsrailin rabitə naziri Şlomo Karinin Livanın Əl-Mayaden və Qətərin Əl-Cəzirə telekanallarının ölkədə yayımının dayandırılmasına çağırışları fonunda qəbul edilib.
Onun sözlərinə görə, Qətər telekanalı HƏMAS hərəkatına informasiya dəstəyi göstərir və israilli hərbçilərin həyatını risk altında qoyur, Əl-Mayaden telekanalı isə Livanın “Hizbullah” hərəkatının ruporu rolunu oynayır.


KARUSEL / DÜNYA
Tarix: 13-11-2023, 11:29