mobil versiya

Livan BMT TŞ-dan İsrailə təzyiq göstərməsini tələb edib


Livanın BMT-dəki daimi nümayəndəliyi qurumun Təhlükəsizlik Şurasına və təşkilatın baş katibi Antonio Quterreşə Livanın hava məkanının sonuncu dəfə pozmasına görə İsrail dövlətinə təzyiq göstərməsini tələb edib.
Bu barədə “Report” RİA Novosti-yə istinadən xəbər verir.
Qeyd olunub ki, bazar ertəsi gecə İsrail ordusuna məxsus dronlar Suriya ilə sərhədə yaxın ərazidə yerləşən Livan şəhərindəki Fələstin Azadlıq Təşkilatının, bazar günü gecə isə Beyrutun cənubunda yerləşən “Hizbullah”ın mövqelərinə hücum edib.
Bildirilib ki, dronların biri qəzaya uğrayıb, ikincisi isə partlayaraq şiə hərəkatının mətbuat xidmətinin binasına maddi ziyan vurub.
"Hizbullah" partiyasının lideri Həsən Nəsrullah İsrailin hücumuna qarşı cavab veriləcəyinə söz verib.

SİYASƏT / DÜNYA
Tarix: 27-08-2019, 08:15