Jirinovskidən NATO qırıcılarına sərt reaksiya: "Onları vurmaq lazımdır"

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, partiya sədri Telegram səhifəsində vurğulayıb ki, Rusiyanın birinci şəxslərini daşıyan təyyarələrə yaxınlaşan istənilən xarici obyektləri vurmaq lazımdır: “Biz böyük rəhbərlərimizi risk altına qoya bilmərik. Onlar bir dəfə vurulsa, daha heç vaxt bizim təyyarəyə yaxınlaşmayacaqlar”.
Xatırladaq ki, avqustun 13-də Rusiya Müdafiə naziri Sergey Şoyqu Kalininqraddan Moskvaya qayıdarkən onun təyyarəsinə Baltik dənizinin neytral suları üzərində NATO-ya məxsus F-18 qırıcıları yaxınlaşıb. Nazirin təyyarəsini müşaiyət edən SU-27-lərin müdaxiləsi nəticəsində Britaniya Hərbi Hava Qüvvələri Krallığına məxsus qırıcılar uzaqlaşıblar.
KARUSEL / DÜNYA
Tarix: 14-08-2019, 08:41