mobil versiya

“Hizbullah” ABŞ-dan İsrailin qətliamlarını dayandırmağı tələb etdi - Vaxt verdi


Livanın Hizbullah qruplaşması ABŞ-dən Qəzza zolağında İsrailin qətliamlarını dayandırmağı tələb edib.
"AzPolitika" xəbər veirir ki, bu barədə Küveytin “Əl-Cəridə” qəzeti İran diplomatik mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, “Hizbullah”ın tələbinin yerinə yetirilməsi üçün son tarix 3 noyabrdır.
Livan qrupunun lideri Həsən Nəsrullahın bu gün çıxışı planlaşdırılır.
Qeyd olunur ki, atəşkəs olmasa, o, ümumi səfərbərlik elan edəcək və bütün istiqamətlərdə İsrailə qarşı hərbi əməliyyatlara başlayacaq.


KARUSEL / DÜNYA
Tarix: 3-11-2023, 12:38