Rusiya nədən dərs almalıdır?

ABŞ Vyetnam, Əfqanıstan, İraq müharibələrində qalib tərəf olmadı. Vyetnamda kommunistlər qalib gəldilər, sosialist respublika quruldu.
Əfqanıstanda ABŞ Talibanı özü hakimiyyətə dəvət etdi, ölkəni və bir neçə milyardlıq cəbhəxana hədiyyə elədi. İraqda isə indi şiə siyasi qüvvələr əsas siyasi gücdülər və yaxın gələcəkdə rəqiblərini üstələmək ehtimalı yüksəkdi.
Çin 4 dəfə güc tətbqi edərək Tayvanı ram etmək istəsə də, nəticə yoxdur. Tayvan əksinə ABŞ-la daha sıx əməkdşalıq edib və silahlanıb.
Koeraya müharibəsində elə uduzan bədbəxtlikdən Şimalı Koreya ərazisində məskunlaşmış koreyalılar oldu.
Səudiyyə Ərabistanının Yəmənə Hüsilərə qarşı müharibəsi də tam bir fiasko oldu. Əksinə Hüsilər hakmiyyətlərini gücləndirdilər.
İsrailin Livanı işğal cəhdləri də nəticəsiz qalıb. Bu nümunələr göstərir ki, Rusiyanın Ukraynanı tam kapitulyasiyaya məcbur etmək cəhdləri əbəsdir və müasir dövrün ruhuna ziddir.
Görünür ən müxətlif səbəblərdən çağdaş dövrümüz artıq Napoleon ruhunda, yaxud II Dünya Müharibəsi tərzində müharibələri qəbul etmir. Ruslar ya tarixdən öyrənəcəklər, ya da ötən əsrin əvəvlində və sonunda olduğu kimi xaosa gedəcəklər...
Zaur İbrahimli, politoloq
KARUSEL / DÜNYA
Tarix: Dünən, 16:53