Altı ayda Azərbaycanda 45 mindən çox körpə dünyaya gəlib

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 45 min 616 doğulan körpə qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı statistik məlumatda qeyd olunub. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,6-dan 9-a düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub. Körpələrdən 1510-u əkiz, 63-ü isə üçəm doğulub.
Doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə Dağlıq Şirvan (11,4), Lənkəran-Astara (11,0),Qarabağ və Şərqi Zəngəzur (10,6), Mil-Muğan (10,3), Şirvan-Salyan (10,1), Quba-Xaçmaz və Mərkəzi Aran (9,9),Qazax-Tovuz (9,8) iqtisadi rayonlarında ölkə göstəricisindən (9,0) yüksək olub.
Bu ilin yanvar-iyun ayları ərzində ölkədə 29 min 400 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 5,9-dan 5,8-ə düşüb.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 17:28