Bakı meriyası keçmiş “Sovetski” adlanan ərazidə tarixi binaların söküntüsü ilə bağlı açıqlama yayıb

Bakı Şəhər İcra Hakimiyyəti müxtəlif media orqanlarında keçmiş “Sovetski” adlanan ərazidə tarixi binaların söküntüsü və onlara müdaxilə ilə bağlı yayılmış məlumatlarla bağlı açıqlama yayıb.
Məlumatda bildirilir ki, qeyd edilən ərazidə rəsmi dövlət reyestrinda olan heç bir tarixi bina, o cümlədən tarixi əhəmiyyət daşıyan digər tikililərin söküntüsü nəzərdə tutulmayıb.
Hazırda bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa çatdırmış binaların söküntüsü həyata keçirilir. Mirzə Fətəli 31 ünvanında yerləşən binaya gəlincə, söküntü sözügedən binada deyil ona bitişik olan qəzalı binada həyata keçirilib. Söküntü işləri başa çatdırıldıqdan sonra bu binanın əsaslı bərpası nəzərdə tutulub.
“Sonda bir daha media gurumlarına müraciət edərək xahiş edirik ki, yalnız dəqiqləşdirilmiş məlumatları yaysınlar. Bu ərazidə 3 qurumun nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir və hər bir bina ilə bağlı birgə rəy verilir”, - deyə açıqlamada qeyd olunur.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 16:00


























