mobil versiya

Bakıdakı qəzalı binaların taleyi necə olacaq? - Eldar Əzizovdan MÜHÜM AÇIQLAMA - VİDEO



Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtdakı qəzalı binalarla bağlı mühüm açıqlama verib.

REPORTYOR.AZ
xəbər verir ki, Eldar Əzizov BAKU.TV-yə açıqlamasında qəzalı binaların müəyyən edilməsi istiqamətində işlərin aparıldığını bildirib.


“Binalar da insanlar kimidir. Onların ömrünün əvvəli və axırı var.

Elə vaxt gəlir ki, bina istifadəyə yararsız hala düşür. Bu zaman həmin bina istifadə oluna bilməz. Bu prosesi təhlil edərkən görürük ki, qəza vəziyyətində olan binaların sayı artır. Bu, Sovet dövründən qalan bina və yataqxanalardır.

Ölkə başçısının siyasəti nəticəsində belə binaların sayı 30 faizə qədər azaldılıb. Proses davam edir. Bu istiqamətdə komissiya yaradılıb. İnformasiya bazası yaradılıb. Bundan sonra qəzalı binalar kateqoriyaya bölünəcək.

Ağır vəziyyətdə, kritik vəziyyətdə olanlar. Bəzi binalarda əsaslı təmir işləri aparmaq mümkündür. Hazırda komissiya bu məsələ ilə məşğuldur”, - deyə Bakı meri bildirib.


KARUSEL / ÖLKƏ
Tarix: 6-05-2022, 14:30