“Sovetski”də sökülməsi etiraz doğurmuş tarixi bina ilə bağlı rəsmi açıqlama

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, Yasamal rayonu, Səid Rüstəmov küçəsi 31 ünvanında yerləşən, inşa tarixi 1911-ci ilə aid olan bina memarlıq abidəsi kimi dövlət mühafizəsində olan abidələrin siyahısında mövcud deyil.
“Buna baxmayaraq, binanın tarixi və memarlıq əhəmiyyəti nəzərə alınaraq qorunması məqsədilə daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi ilə bağlı təklifə baxılır”.(apa)
KARUSEL / CƏMİYYƏT
Tarix: 19-02-2024, 17:03