mobil versiya

Şəkidə Dizayn və memarlıq fakültəsinin açılışı olub



Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda ADA Universitetinin İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Milan Politexnik Universiteti ilə birgə Dizayn və memarlıq fakültəsinin açılışı keçirilib. Mərasim görkəmli Azərbaycan maarifçisi Firudin bəy Köçərlinin ömür-gün yoldaşı Badisəba xanımın Şəki əhalisinə xidmət göstərdiyi keçmiş uşaq evində - Zülfüqarovların malikanəsinin ərazisində keçirilib. 
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmməd, Milan Politexnik Universitetinin professoru Silviya Ferrarisin açılış nitqləri ilə çıxış ediblər. Mərasim ADA Universitetinin rektoru Hafiz Paşayev, elm və təhsil naziri Emin Əmrullayev və mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə panel müzakirəsi ilə davam edib. Paneldə, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva da iştirak ediblər.
Qeyd olunub ki, ADA Universitetinin Dizayn və memarlıq fakültəsinin Şəkidə, tarixi Zülfüqarovların malikanəsində istifadəyə verilməsi mədəni irsin dirçəldilməsi istiqamətində yeni bir addım olacaq.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 28-11-2023, 14:47