mobil versiya

Latviyalı memar AzMİU tələbələri ilə təcrübələrini bölüşüb



Latviya Respublikasının RİSEBA Universitetinin Memarlıq və dizayn fakültəsinin müəllimi, “Studio Around” MMC-nin təsisçisi Reinis Predelis Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müəllim və tələbə heyəti qarşısında geniş təqdimatla çıxış edib.
AzMİU-dan bildirilib ki, AzMİU-nun İtaliya-Azərbaycan Dizayn Mərkəzində keçirilən təqdimatın birinci hissəsində qonaq RISEBA Universiteti, onun tarixi, çalışdığı fakültə, akademik heyət, memarlıq və dizayn sahəsində əldə edilən elmi yeniliklər barədə ətraflı məlumat verib və universitetinin beynəlxalq əlaqələrindən danışıb. İkinci hissədə isə “Studio Around” MMC-nin fəaliyyət istiqamətləri, şirkətə məxsus böyük layihələrdən bəhs edilib.
Bundan əlavə, təqdimat zaman memarlıq sahəsində peşəkar təcrübəyə malik mütəxəssis özünün iş prosesində qarşılaşdığı problemlər və onların həll yollarından söhbət açıb, tələbələrlə öz təcrübələrini bölüşüb.
Təqdimatın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Reinis Predelis bir sıra görkəmli layihənin və müsabiqə işinin müəllifi və həmmüəllifidir. Dünyanın iddialı layihələrindən olan VERDE ofis kompleksi, Köhnə Riqa Mehmanxana Kompleksi və Oslo Vikinq Muzeyinin bərpa işlərində aparıcı memar olaraq iştirak edib. Yerinə yetirdiyi layihələr insan rahatlığı, funksional ehtiyacların təmin olunması və estetik aspektlərin gözlənilməsi baxımından xüsusilə seçilir.





KARUSEL / CƏMİYYƏT
Tarix: 20-10-2023, 14:42