mobil versiya

Şahbaz Şərif Azərbaycanda Zəfər paradında iştirak edəcək



Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfər edəcək, Zəfər paradında iştirak edəcək.

Bunu Pakistan İslam Respublikası Senatının sədri Yusuf Reza Gilani deyib.
Senat sədri bildirib ki, Pakistan 8 noyabrda keçiriləcək Zəfər paradında ən yüksək səviyyədə iştirak edəcək.
“Çünki Azərbaycanla münasibətlərimizin analoqu yoxdur”, - o qeyd edib. (Apa)

KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 16:20