mobil versiya

Azərbaycanda 110 mindən artıq uşaq dünyaya gəlib



2023-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 112620 doğulan körpə qeydə alınıb və 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,1-ə düşüb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz təşkil etmişdir. Doğulanlardan 3410-u əkiz, 147-si üçəm, 4-ü isə dördəm olmuşdur. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (14,0), Mil-Muğan və Şərqi Zəngəzur (13,2), Lənkəran-Astara (13,1), Qarabağ (13,0), Şirvan-Salyan (12,5), Quba-Xaçmaz və Mərkəzi Aran (12,3), Qazax-Tovuz (12,0) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.
KARUSEL / CƏMİYYƏT
Tarix: 14-02-2024, 17:24