Keçmiş futbolçu borc bataqlığına düşüb

İngiltərə millisinin və “Liverpul”un sabiq oyunçusu Con Barnes maliyyə problemləri ilə üzləşib.
“The Sun” xəbər verir ki, bir neçə ildir borc içində olan Barnesin hazırkı öhdəliyi 1,5 milyon funt sterlinqə çatıb.
Borc məsələsinə vergi ödənişlərinin edilməməsi də daxildir. Əvvəllər Barnes bu səbəbdən “John Barnes Media Limited” şirkətindəki rəhbər vəzifəsini itirib. O, problemi qəbul etmir və məhkəmə vasitəsilə müdafiə olunmağa çalışır.
Con Barnes Yamaykada doğulub və 1999-cu ildə karyerasını başa vurub. O, 1983–1995-ci illərdə İngiltərə millisində çıxış edib və 79 oyun keçirib.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Dünən, 17:26