On ayda ölkədən 21 milyard kubmetrədək təbii qaz ixrac edilib

Yanvar-oktyabr aylarında ölkədən 20 milyard 648,8 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,23 faiz azdır.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən təbii qazın dəyəri 7 milyard 417,7 milyon dollar olub.
Xatırladaq ki, 2024-cü ilin eyni aylarında isə Azərbaycandan 6 milyard 848,5 milyon dollar dəyərində yəni, 21 milyard 338,8 milyon kubmetr təbii qaz ixrac edilib.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:33


























