mobil versiya

Portuqaliya – Azərbaycan matçının vaxtı və stadionu açıqlanıb




21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi səfər oyununun yeri və başlama saatı müəyyənləşib.


B qrupunun 1-ci turu çərçivəsində sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq görüş saat 22:30-da başlayacaq.

U-21 sentyabrın 9-da seçmə mərhələnin ikinci turunda “Dalğa Arena”da Bolqarıstan yığması ilə qarşılaşacaq.

Reportyor.az




KARUSEL / İDMAN
Tarix: Dünən, 16:12