mobil versiya

Azərbaycan–Qırğızıstan oyununun başlama vaxtı bəlli olub



İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 20-də Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyi oyunun başlama vaxtı müəyyənləşib.
AFFA xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.
Qeyd edək ki, millimiz bu oyundan əvvəl iyunun 17-də İstanbulda Türkiyənin U-21 yığması ilə qarşılaşacaq.


KARUSEL / İDMAN
Tarix: 26-05-2023, 15:52