“Qarabağ” Xorvatiya komandasını məğlub edib

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan çempionunun qələbəsi ilə bitib – 3:1. “Köhlən atlar”ın qollarını 49-cu dəqiqə Musa Qurbanlı, 57-ci dəqiqədə Aleksey Kaşuk və 90+3-cü dəqiqədə Abbas Hüseynov vurublar.
“Qarabağ” bu gün saat 19:00-da Polşanın “Zaqlebye” komandası ilə də yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, Ağdam təmsilçisi daha əvvəl Özbəkistanın “Neftçi” klubunu beş cavabsız qolla üstələyib.(Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 16-01-2026, 14:37



























