“Samsung” smartfonlarında süni intellekt pulsuz olacaq

“Samsung” öz smartfonlarında süni intellektin baza funksiyalarını pulsuz edəcək.
“Android Authority” nəşrinin məlumatına görə, Koreyanın İT nəhəngi “Galaxy AI” neyron şəbəkəsi üçün istifadəçi müqaviləsinə dəyişiklik edib.
Sənəddə süni intellektin “Samsung” smartfonlarında mövcud olan baza funksiyalarının pulsuz təqdim ediləcəyi qeyd olunur. Bu, neyron şəbəkəsinin baza funksiyalarına abunəçilik və ya pullu giriş imkanını istisna edir.
Xatırladaq ki, “Samsung” hələ 2024-cü ildə “Galaxy S24” modeli ilə özünün süni intellekt servisinin təqdimatını həyata keçirib. (Azərtac)
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Dünən, 11:48


























