LA28 Olimpiya Oyunlarına bilet qeydiyyatı başlayıb

BOK 2028-ci il Los-Anceles Olimpiya Oyunlarına bilet almaq üçün qeydiyyat müddətinin başladığını elan etdi.
BOK bildirib ki, qeydiyyat müddəti 14 yanvar - 18 marta qədər davam edir və bu müddət ərzində bilet almaq istəyən hər kəs qeydiyyatdan keçməli və LA28 veb saytında profil yaratmalıdır.
Uğurla qeydiyyatdan keçən azarkeşlər bilet almaq üçün təsadüfi vaxt aralığı təyin edəcək bilet püşkatmasında iştirak edəcəklər. Bu vaxt aralıqları 2026-cı ilin aprel ayında açılacaq və ilk bilet pəncərəsində üç milyondan çox bilet mövcud olacaq.
BOK bildirib ki, bilet qiymətləri 28 ABŞ dollarından başlayacaq və hər hesab 12 bilet almaqla məhdudlaşacaq.
Los-Anceles Olimpiadası 14 iyul 2028-ci il tarixlərində keçiriləcək.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Dünən, 10:06



























